Operativ Məlumat Mərkəzi

Gecə saatlarında avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

1 dəq
Paylaş:
Gecə saatlarında avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Nəsimi rayonunda gecə saatlarında qaydaları kobud şəkildə pozan məsuliyyətə cəlb olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda gecə saatlarında sakinlərin rahatlığını pozan, yol hərəkəti qaydalarına riayət etməyən sürücülər və digər hüquqpozmalara yol verən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Əcəmi dairəsi” adlanan ərazidə gecə saatlarında keçirilən tədbirlərlə hərəkətlərinə yol verən, vasitəsində konstruksiya dəyişikliyi edən 4 sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.

Paytaxt ərazisində sakinləri narahat edən bu cür halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax