Əsas məzmuna keç

Füzuli şəhərində inzibati binanın təməli qoyulub - YENİLƏNİB

Füzuli şəhərində inzibati binanın təməli qoyulub - YENİLƏNİB

dövlət başçısına kompleks barədə məlumat verilib. Bildirilib ki, Füzuli şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək...

Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində ikinci kompleksinin təməlini qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısına barədə məlumat verilib.

Bildirilib ki, Füzuli şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. İnşa olunacaq ikinci yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarətdir. Ümumilikdə 2288 nəfər üçün nəzərdə tutulan kompleks üçün 9 hektardan çox ərazi ayrılıb. İkinci yaşayış kompleksində ümumilikdə 653 mənzildən 13-ü birotaqlı, 209-u ikiotaqlı, 281-i üçotaqlı, 150-si dördotaqlı olacaq.

Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.

Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksək sürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında tutumlu təbii materiallardan istifadə olunacaq.

13:20***

İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində inzibati binanın təməlini qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…