Əsas məzmuna keç

Fransız Polineziyası hakim partiyasının rəhbərliyi və parlament üzvləri Azərbaycana səfərə gəlib

Fransız Polineziyası hakim partiyasının rəhbərliyi və parlament üzvləri Azərbaycana səfərə gəlib

dördgünlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm, təhsil, idman, səhiyyə və...

Fransız Polineziyası (Mā’ohi Nui – yerli dildə) parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin hakim “Tavını” partiyasının rəhbər heyətinin mayın 29-da Azərbaycana səfəri başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dördgünlük səfərin məqsədi və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm, təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması imkanlarının nəzərdən keçirilməsidir. Bu xüsusda, , eləcə də digər dövlət və özəl qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində həmçinin Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər” mövzusunda təşkil olunacaq.

Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans çərçivəsində BTQ və Tavini partiyası arasında imzalanmış haqqında sazişin müddəalarına uyğun olaraq təşkil olunur.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…