Əsas məzmuna keç

Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb, etiraz bildirilib

Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb, etiraz bildirilib

İyunun 30-da Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə "Operativ Məlumat...

İyunun 30-da Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" XİN-dən bildirilib.

Görüşdə Fransa Prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə səsləndirilmiş, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlər ilə bağlı Fransa tərəfinə edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib.

Səfirə bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirilməsi, Fransa prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun və müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir.

Vurğulanıb ki, tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda E.Makrona istinadən yayılmış bu kimi qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…