Operativ Məlumat Mərkəzi

Fransa İsrailin yardım gözləyən fələstinlilərə hücumunun araşdırılmasını istəyir

1 dəq
Paylaş:
Fransa İsrailin yardım gözləyən fələstinlilərə hücumunun araşdırılmasını istəyir

Fransanın naziri Stefan Sejourne BMT-nin İsrailin fələstinlilərə hücumu ilə bağlı araşdırma tələbini dəstəklədiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"France Inter" radiosunda qonaq olan Sejourne dünən İsrailin humanitar yardım gözləyən fələstinlilərə hücumu ilə bağlı açıqlamalar verib.

Sejourne Qəzzada humanitar vəziyyətin ciddiliyinə diqqət çəkib və xüsusilə humanitar yardımla bağlı bölgədə baş verənlərə heç bir bəraət qazandıra bilməyəcəyini vurğulayıb.

Sejourne ölkəsinin BMT-nin Antonio Quterreşin İsrailin humanitar yardım gözləyən fələstinlilərə hücumu ilə bağlı müstəqil araşdırma tələbini dəstəkləyəcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax