Operativ Məlumat Mərkəzi

“Formula 1” üçün bilet satışı başlayıb

2 dəq
Paylaş:
“Formula 1” üçün bilet satışı başlayıb

“Formula 1” üzrə Qran-prisinə bilet başlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhər Halqasından məlumat verilib.

Azarkeşlər biletləri www.azerbaijangp.com veb səhifəsindən əldə edə bilər. Həmçinin, “Baku City Circuit” mobil tətbiqi üzərindən 20 % güzəştlə almaq mümkündür.

Bu fürsət yalnız fevralın 5-dək davam edəcək.

Bakı Şəhər Halqası Şirkəti azarkeşlərə 4 biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri Pit zolağı gəzintisi imkanı əldə edərək, komandalarını, pilotları və onların qarajlarını yaxından izləmək təcrübəsi qazanırlar.

Ötən il Pit zolağı gəzintisində iştirakçı sayı rekord sayda olub. Yarış həftəsi ərzində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumatlar mütəmadi olaraq azarkeşlərə təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax