Operativ Məlumat Mərkəzi

Finlandiya F-35-in ön gövdələrinin istehsalına başlayacaq

2 dəq
Paylaş:
Finlandiya F-35-in ön gövdələrinin istehsalına başlayacaq

Finlandiyanın avadanlığı "Patria" və təyyarə "istehsalçısı Martin" bazar ertəsi Finlandiya tərəfindən 64 F-35 qırıcısının alınması layihəsi çərçivəsində birbaşa sənaye əməkdaşlığına dair ilk çərçivə sazişini imzalayıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, razılaşma Finlandiyada F-35 qırıcılarının ön gövdəsinin yığılmasına aiddir. Ümumilikdə, 400 belə hissənin yığılması nəzərdə tutulur. Qurğular "Patria"nın "Jamsa Hall" zavodunda yığılacaq.

"Gələcəkdə yalnız ABŞ və Finlandiya belə imkanlarına malik olacaq. Biz artıq qlobal zəncirdə iştirak edirik. Ümid edirik ki, gələcəkdə biz də istehsal və tədarük həcmini artıra biləcəyik", - deyə "Patria"nın F-35 layihəsinin direktoru Petri Hepola bildirib.

Qeyd edilib ki, "Patria" hazırda F-35 üçün hissələrin istehsalı və mühərriklərin yığılması ilə bağlı məsələlərlə əlaqədar danışıqlar aparır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax