Operativ Məlumat Mərkəzi

Filippinə məxsus hərbi helikopter Mindanaoda qəzaya uğrayıb

1 dəq
Paylaş:
Filippinə məxsus hərbi helikopter Mindanaoda qəzaya uğrayıb

Filippinə “Super Huey” hərbi helikopteri Filippinin cənubundakı bölgəsində qəzaya uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Filippinin PNA agentliyinə istinadla xəbər verir ki, ölkənin Hərbi Hava Qüvvələri hadisəylə bağlı bəyanat yayıb. Bildirilib ki, bu “zərərlərin qiymətləndirilməsi və ehtiyacların təhlili” missiyasını yerinə yetirmək üçün Davao şəhərindən Butuana yola düşən dörd helikopterdən biri olub. Helikopterlə əlaqə kəsilib və dərhal axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Bəyanatda qəzanın başvermə şəraiti və səbəblərini müəyyənləşdirmək üçün hərtərəfli araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, “Super Huey” helikopteri Filippin Hərbi Hava Qüvvələrinin ilə əlaqədar , fəlakətlərə cavab vermək və təchizat missiyaları üçün istifadə edilən helikopteridir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax