Operativ Məlumat Mərkəzi

FHN yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar müraciət edib

2 dəq
Paylaş:
FHN yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar müraciət edib

Fövqəladə Hallar Nazirliyi bəzi yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciətdə deyilir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən müraciətlərə, fəaliyyəti ilə olan fermer və sahibləri ilə mütəmadi olaraq keçirilən maarifləndirici xarakterli görüşlərə baxmayaraq, yenə də bir sıra yanğın təhlükəsizliyi qaydalarına etinasız müşahidə olunmaqdadır. İcrası sadə olan həmin qaydalarına belə münasibət isə sonda acı nəticələrə gətirib çıxarır:

"Son zamanlar meşə və meşəətrafı ərazilərdə baş verən yanğınlarla əlaqədar aparılan təhlillər bu yanğınların bir sıra hallarda meşə massivi ilə əkin sahələri arasında şumlama yolu ilə təhlükəsizlik zolaqlarının yaradılmaması ilə bağlı olduğunu deməyə əsas verir. Belə ki, qanunvericiliyə uyğun olaraq əkin sahələri ilə meşə zolağı arasında eni 4 metrdən az olmamaqla şumlama aparılmalıdır ki, bu da əkin sahəsində hər hansı səbəbdən baş verən yanğının genişlənərək meşəyə keçməsinin qarşısını alır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əkinçilik fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən fermer və təsərrüfat sahiblərinə müraciət edərək əkin sahələrinin ətrafında eni 4 metrdən az olmamaqla mineral zolağın yaradılmasının qanunvericiliklə tələb olunduğunu və bu tələbin icra olunmamasının hüquqi məsuliyyət yaratdığnı xatırladır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax