Operativ Məlumat Mərkəzi

FHN təhlükəli liftin fəaliyyətini dayandırıb

2 dəq
Paylaş:
FHN təhlükəli liftin fəaliyyətini dayandırıb

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, bu çərçivədə, Agentliyinin müfəttişləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 51 ünvanında “Xəzər -2004” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı liftin tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Xəzər tikinti-2004” MMC qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MMC-nin rəhbərliyinə izah olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax