Operativ Məlumat Mərkəzi

FHN qanunsuz tikintilərin qarşısını alıb

1 dəq
Paylaş:
FHN qanunsuz tikintilərin qarşısını alıb

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Ağstafa və Gəncədə qanunsuz tikintilərin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN-nin Dövlət Yanğın Nəzarəti və Tikintidə Təhlükəsizliyə Dövlət Agentliyi tərəfindən ərazisində qanunsuz tikintilərlə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, Ağstafa şəhərinin Səməd Vurğun küçəsində, Gəncə şəhərinin Cümhuriyyət küçəsi və N.Nərimanov prospektində qeyri-yaşayış obyektlərinin qurumlarla razılaşdırılmadan qanunsuz tikintisi faktları aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər nəzarətə götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax