Əsas məzmuna keç

FHN Bakıda restoranın fəaliyyətini dayandırıb

FHN Bakıda restoranın fəaliyyətini dayandırıb

bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə...

Bakı şəhəri, rayonunda “Xəzri” restoranında yanğın təhlükəsi aşkarlanıb və restoranın fəaliyyəti dayandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunub:

"Bununla yanaşı ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, olan qurğu isə nasazdır, fasad hissənin üzlənməsində istifadə olunmuş materialların yanma qrupunu müəyyən edən müvafiq sənədlər təqdim olunmayıb, təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb".

Həmçinin obyekt yanğın su hovuzu və daxili yanğın su kranları ilə təmin olunmayıb:

"Obyekt odsöndürən balonlarla tam təmin edilməyib və təxliyə planı mövcud deyil. Restoranın daşınmaz “İcbari sığortalar haqqında” Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb".

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…