Operativ Məlumat Mərkəzi

FHN: "Azərbaycanfilm" kinostudiyasında partlayışla bağlı araşdırma aparılır

1 dəq
Paylaş:
FHN: "Azərbaycanfilm" kinostudiyasında partlayışla bağlı araşdırma aparılır

Xəbər verildiyi kimi, ötən gecə Cəfər Cabbarlı adına "" kinostudiyasının ərazisində çəkilişlərində istifadə olunan pirotexniki tikilidə nəticəsində yaranmış yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb. Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax