Əsas məzmuna keç

Fəxrəddin Altun: "Fransada azərbaycanlı jurnalistlərə mənfur hücumu qətiyyətlə pisləyirik"

Fəxrəddin Altun: "Fransada azərbaycanlı jurnalistlərə mənfur hücumu qətiyyətlə pisləyirik"

bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun tviter hesabında yazıb. "Avropanın insan hüquq və...

"Fransada Azərbaycanın rəsmi dövlət televiziyası olan AZTV-nin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qaldıqlarını üzüntü ilə öyrəndik".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun tviter hesabında yazıb.

"Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən nüfuzunu itirdiyini ortaya qoyan və məlumat azadlığına edilən bu mənfur hücumu qətiyyətlə .

Biz gözləyirik ki, Fransa rəsmiləri və hüquq-mühafizə orqanları hücumun səbəbkarlarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb edəcəklər. Mən də Prezidentinin köməkçisi, hörmətli qardaşım Hikmət Hacıyevə telefonla zəng vurub dedim ki, Türkiyə olaraq bu mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

Hücum nəticəsində yaralanan azərbaycanlı jurnalist qardaşlarımıza tezliklə şəfa diləyir, bütün qardaş Azərbaycan xalqına onların adından ən xoş arzularımı çatdırıram", - F.Altun qeyd edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…