Operativ Məlumat Mərkəzi

Fərid Şəfiyev: “Heydər Əliyevin siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevirilib”

2 dəq
Paylaş:
Fərid Şəfiyev: “Heydər Əliyevin siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevirilib”

“Ümummilli Lider Heydər Əliyevin ölkənin iqtisadi inkişafına verdiyi töhfələr sayəsində hazırda Cənubi Qafqaz regionunda lider ölkədir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bu gün Bakıda keçirilən “Ümummilli Lider Heydər Əliyevin xarici siyasət prioritetləri” adlı konfransda deyib.

Onun sözlərinə görə, bu konfransın məqsədlərindən biri gənc nəsli irsi haqqında məlumatlandırmaqdır: “Heydər Əliyevin olduğu dövrdən 20 il ötür. Adətən bu dövr tarixçilərin qiymət verməsi üçün kifayət etmir. Lakin 20 il ərzində Azərbaycan o qədər mühüm nailiyyətlər əldə edib ki, bu gün biz tamamilə başqa ölkədə yaşayırıq”.

F.Şəfiyev vurğulayıb ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra 1990-cı illərlə bağlı olan bütün problemləri həll edə bilib: “Həmin dövrdə Azərbaycan iqtisadi tənəzzül, vətəndaş müharibəsi təhlükəsi, sosial problemlərlə üzləşmişdi”.

“Ölkəni iqtisadi böhrandan çıxaran Heydər Əliyev uzaqgörən siyasətlə beynəlxalq təşkilatlarla etməyə başlayıb. Üstəlik, həmin dövrdə ölkənin enerji strategiyasının da əsası qoyulub”, - o vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax