Operativ Məlumat Mərkəzi

Fələstin Prezidenti İlham Əliyevi təbrik edib

2 dəq
Paylaş:
Fələstin Prezidenti İlham Əliyevi təbrik edib

Fələstin Dövlətinin Prezidenti, Fələstin Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas İlham Əliyevə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab .

Növbəti müddətə yenidən Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə həvalə olunmuş ali vəzifənizin icrasında, ölkənizi və xalqınızı məqsəd və arzularına doğru aparmağınızda davamlı müvəffəqiyyətlər arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək ikitərəfli münasibətlərimizdən qürur duyduğumu, ölkələrimizin və xalqlarımızın rifahı naminə onu gücləndirmək və inkişaf etdirmək üçün birgə işimizi davam etdirmək niyyətində olduğumu və Fələstinin haqq işi ilə bağlı mövqeyinizə görə minnətdarlığımı bildirirəm.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizin və xalqınızın tərəqqisi və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax