Operativ Məlumat Mərkəzi

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub

2 dəq
Paylaş:
Fazil Mustafa ikinci dəfə əməliyyat olunub

Ötən gün evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkili Mustafa bu gün ikinci dəfə olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə deputatın köməkçisi Əjdər məlumat verib.

O qeyd edib ki, F. Mustafa əvvəlcə Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub: "Lakin çiyin nahiyəsindən aldığı yarada yarana biləcək problem səbəbindən köçürüldüyü klinikada növbəti dəfə əməliyyat edildi. Hazırda əməliyyatdan çıxıb və səhhətini normal hesab eləmək olar. yaxşı hiss edir”.

Qeyd edək ki, Fazil Mustafa ötən gün saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evinin qarşısında güllələnib. “Kalaşnikov” avtomatı ilə açılan atəş nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax