Operativ Məlumat Mərkəzi

Faktiki hava açıqlanıb - 12.06.2023

2 dəq
Paylaş:
Faktiki hava açıqlanıb - 12.06.2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətini iyunun 12-si saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, və dağətəyi rayonlarda xarakterli intensiv olub. 12-si gecə və səhər yağıntılarda fasilə olub.

Xidmətdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, düşən yağıntının miqdarı Gədəbəydə 33.0 mm, Daşkəsəndə 13.0 mm, Qubada 10.0 mm, Lerik, Qrız, , Şərur, Balakən, Şəki, Qusar, Xaltan, Lənkəran, Astara, Şuşada 4.0 mm-dək olub.

Sel: Yağan leysan yağış nəticəsində saat 16:10 radələrində Quba rayonu ərazisindən axan Vəvələçay-Təngəaltıdan, saat 16:30 radələrində isə Qaraçay-Rük, Vəlvələçay-Afurcadan sel keçmişdir.

Duman: Biləsuvar, Şərur, Lerikdə müşahidə olunub.

Havanın temperaturu: İyunun 11-də iqlim normasından 3.8 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və yarımadasında 30-35 dərəcə isti, Naxçıvan MR-da 32 isti, dağlıq rayonlarda 23-27 dərəcə isti, aran rayonlarında 35 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax