Operativ Məlumat Mərkəzi

Faktiki hava açıqlandı - 24.04.2025

2 dəq
Paylaş:
Faktiki hava açıqlandı - 24.04.2025

Bəzi yerlərdə qısamüddətli yağıb, çaxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, aprelin 24-ü saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. MR-da yağıntılar leysan xarakterli olub.

Belə ki, düşən yağıntının miqdarı Şərurda 24, Şahbuzda 19, Sədərəkdə 15, Naxçıvanda 8, Lənkəranda 6, Beyləqan, Culfa, Ordubad, Yardımlı, Gədəbəy, Lerik, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Astara, Cəlilabad, Kəlbəcər, Zəngilan, Laçın, Füzuli və Daşkəsəndə 4, Bakıda və yarımadasında isə 2 mm-dək olub.

Qərb küləyi əsib, küləyin sürəti Göygöldə 23 m/s, Daşkəsəndə 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax