Operativ Məlumat Mərkəzi

ƏÜO-nun artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini məhv edib

2 dəq
Paylaş:
ƏÜO-nun artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini məhv edib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü il üçün planına uyğun olaraq, artilleriya bölmələri ilə nümunəvi atışlı taktiki təlim keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyindən bildirilib.

Təlimin planına əsasən, bölmələr atəş mövqelərinin tutulması, artilleriya silah sistemlərinin döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər.

Qeyd olunub ki, real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya bölmələri düşmənin planlı və hədəflərini aşkar edərək sərrast atəşlərlə məhv edib.

Təlimin keçirilməsində əsas diqqət atəş dəstək qrup komandirlərinin və nizamlayıcıların hədəflərin koordinatlarını dəqiq müəyyən etməsi, məsafələrin və bucaqların düzgün ölçülməsi, eləcə də atəşin idarə edilməsi zamanı funksional vəzifələrinin praktiki icrasına və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax