Operativ Məlumat Mərkəzi

ETSN sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı araşdırma aparır

2 dəq
Paylaş:
ETSN sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı araşdırma aparır

Meşə Təsərrüfatı Mərkəzinin ərazisində və sosial şəbəkələrdə görüntülər təhlil olunaraq tərəfimizdən araşdırılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, şikayətçi Şahin Qafarovun ağac kəsilməsi ilə bağlı iddiaları yerində yoxlanılıb və sözügedən ərazinin ötən ildə odun tədarükü üçün ayrılmış sanitar qırma sahəsi olduğu müəyyən edilib.

"Düzdür, meşələrdə qanunsuz ağac kəsilməsi hallarına rast gəlinir və tərəfimizdən qanunamüvafiq tədbirlər görülür. Lakin sözügedən sahədə belə fakt alınmayıb.

Araşdırmalar göstərir ki, məsələnin diqqət çəkən digər tərəfi isə şikayətçi Ş. Qafarovla Quba RMTM-də fəhlə işləyən qardaşı oğlu Orxan Qafarov arasında olan ailə münaqişəsidir və meşə işçilərinə qarşı olan ittihamları da bununla əlaqəlidir."

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax