Operativ Məlumat Mərkəzi

Əsgərimiz özünü öldürdü

2 dəq
Paylaş:
Əsgərimiz özünü öldürdü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad məlumat verib.

Onun sözlərinə görə, daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılaraq zəruri istintaq hərəkətləri həyata keçirilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq", - F.Əliyev qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax