Əsas məzmuna keç

Ermənistanda sabiq nazirlə bağlı iş üzrə istintaq başa çatıb

Ermənistanda sabiq nazirlə bağlı iş üzrə istintaq başa çatıb

bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. Qeyd olunub ki, məhkəmə sabiq məmura, onunla əlbir olanlara məxsus onlarla daşınmaz əmlak...

Ermənistanın ekologiya naziri Aram Arutyunyana qarşı işin istintaqı başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, sabiq məmura, onunla əlbir olanlara məxsus onlarla daşınmaz əmlak və bank hesablarına həbs qoyub.

Məlumata əsasən, almaqda təqsirləndirilən və hələ 2019-cu ildə axtarışa verilmiş sabiq nazirin məhkəmədə olmaması nəzərə alınaraq, qiyabi aparılıb.

Hüquq-mühafizə orqanlarından o da əlavə olunub ki, Arutyunyan xüsusilə böyük məbləğdə - 14 milyon dollar məbləğində rüşvət alıb, bunun 5 milyon dollarını leqallaşdırıb, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib və bu, ağır nəticələrə gətirib çıxarıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…