Operativ Məlumat Mərkəzi

Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib - YENİLƏNİB-2

2 dəq
Paylaş:
Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib - YENİLƏNİB-2

və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Eyni zamanda xüsusi əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.

***

və Türkiyənin xüsusi nümayəndələrinin görüşü sərhədin Türkiyə tərəfində davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdən əvvəl Rubinyan və Kılıç təmir edilmiş Marqara keçid məntəqəsində olublar.

***

Ermənistan və Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın beşinci görüşü keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin katibi Ani Badalyan məlumat verib.

Xatırladaq ki, daha əvvəl danışıqların səhər Ermənistan, günorta isə Türkiyə tərəfində aparılacağı bildirilmişdi. Qeyd edək ki, xüsusi nümayəndələrin iyulun 3-dən görüşünün keçiriləcəyi barədə xəbər yayılmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax