Əsas məzmuna keç

Ermənistan Rusiyaya nota verdi

Ermənistan Rusiyaya nota verdi

Rusiyanın İrəvandakı Sergey Kopırkin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan XİN-ə istinadən xəbər verir ki, səfirə notası təqdim edilib.

Məlumata görə, Ermənistan tərəfinin narazılığı Ümumrusiya Dövlət Televiziyasının yanvarın 12-də efirə gedən “Vesti nedeli” (“Həftənin xəbərləri”) verilişində səsləndirilən bəyanatlarla bağlıdır.

"Verilişdə Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə yaradılan narrativlər səsləndirilib. Yanvarın 15-də Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P.Kopırkin XİN-ə çağırılıb. Görüş zamanı səfirə müvafiq etiraz notası təqdim edilib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, yanvarın 12-də Dmitri Kiselyovun proqramında Ermənistan-Azərbaycan münasibətləri, regional kommunikasiyaların açılması və Ermənistan hökumətinin Avropa İttifaqına prosesini dəstəkləmək qərarı mövzusunda reportaj yayımlanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…