Operativ Məlumat Mərkəzi

Ermənistan parlamentinin sədri Ankarada Mustafa Şentopla görüşəcək

2 dəq
Paylaş:
Ermənistan parlamentinin sədri Ankarada Mustafa Şentopla görüşəcək

parlamentinin sədri Alen Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Görüş Simonyanın Ankaraya səfəri çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Təşkilatı Assambleyasının iclasında iştirak etmək üçün Türkiyəyə yola düşəcək Ermənistan nümayəndə heyətinə parlamentin spikeri Alen Simonyan rəhbərlik edəcək.

Ermənistan Parlament Assambleyasının iclasında, Simonyan isə parlament sədrlərinin sammitində iştirak edəcək.

Parlament Assambleyasının iclası 4-5 may tarixlərində baş tutacaq.

Simonyan Parlament Assambleyasının yaradılmasının 30 illiyinə həsr olunmuş parlament spikerlərinin sammitində iştirak edəcək.

Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Assambleyasının iclası sonuncu dəfə ötən ilin dekabrında Belqradda keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax