Operativ Məlumat Mərkəzi

Yaralı erməni hərbçilərinin sayı 4-ə çatıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Yaralı erməni hərbçilərinin sayı 4-ə çatıb - YENİLƏNİB

- şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində yaralanan erməni hərbçilərinin sayı 4-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı Ermənistan yayıb.

09:13***

Azərbaycanla sərhəddə baş verən hərbi toqquşma zamanı Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

"Saat 07:00-a olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi yaralanıb ", - qurumdan bildirilib.

Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən törədib.

Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.

Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub.

Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax