Əsas məzmuna keç

Ermənilər sərhəddə təxribat törədib, iki diversant saxlanılıb- YENİLƏNİB

Ermənilər sərhəddə təxribat törədib, iki diversant saxlanılıb- YENİLƏNİB

Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin rayonu ərazisindən keçən hissəsində Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

şəraiti nəzarətdə saxlanılır.

20:40***

Bir qrup erməni Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə “Caliber”in teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, erməni diversantların cəhdinin qarşısı alınıb.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib, 2 diversant saxlanılıb.

Detallar barədə tezliklə məlumat veriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…