Operativ Məlumat Mərkəzi

Ermənilər hərbi daşımalarda təcili tibbi yardım maşınlarından istifadə edirlər - VİDEO

2 dəq
Paylaş:
Ermənilər hərbi daşımalarda təcili tibbi yardım maşınlarından istifadə edirlər - VİDEO

Avqustun 18-i səhər saatlarında ərazilərində müvəqqəti sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti ilə iqtisadi rayonunda qeyri-qanuni erməni silahlı birləşmələri və silahlı qüvvələrinin qalıqlarının Xankəndi-Qaybalı-Dükanlar-Xəlfəli marşrutu ilə döyüş mövqelərini gücləndirməsi müşahidə edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Texniki müşahidə vasitələrilə əldə edilən görüntülərdə qanunsuz daşımaların həyata keçirilməsi üçün içərisi silah, döyüş sursatı, eləcə də piyada və tank əleyhinə minalarla dolu təcili tibbi yardım maşınının da kolonda hərəkəti qeydə alınıb.

Qeyd edək ki, ermənilərin bundan əvvəl hava məkanımızdan keçən mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinə ciddi təhdid yaradan REM vasitələri quraşdırmaqla təcili tibbi yardım maşınlarından hərbi məqsədlər üçün istifadə etdiyi də tərəfimizdən qeydə alınmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax