Əsas məzmuna keç

Erməni jurnalistlərin Azərbaycana hansı qaydalar əsasında səfər edə biləcəklərinə aydınlıq gətirilib

Erməni jurnalistlərin Azərbaycana hansı qaydalar əsasında səfər edə biləcəklərinə aydınlıq gətirilib

nazirlikdə keçirilən brifinqdə jurnalistlərin sualına cavab verən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Ermənistan jurnalistləri Azərbaycana...

Xarici İşlər Nazirliyi və Mətbuat Şurası media nümayəndələrinin hansı əsasında Azərbaycana səfər edə biləcəklərinə gətirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirlikdə keçirilən brifinqdə jurnalistlərin sualına cavab verən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsələr, bu sahədə problem olmaz.

Onun sözlərinə görə, müxtəlif dövrlərdə Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşləri təşkil edilib.

Torpaqlarımız işğaldan azad ediləndən sonra artıq yeni şərait yarandığını söyləyən Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan qanunları çərçivəsində Azərbaycana gəlmək istəyən Ermənistan jurnalistləri üçün qapı açıqdır: “Ermənistan jurnatistləri Azərbaycana səfər etmək istəsələr, bu sahədə problem olmaz”.

XİN-in mətbuat katibi Ayxan Hacızadə isə deyib ki, Azərbaycanda keçirilən tədbirlər zamanı xarici nümayəndə heyətlərinin tərkibində erməniəsilli jurnalistlər də olur: “Bütün səfər edənlərin Azərbaycan qanunlarına hörmət etməsi zəruri amillərdəndir. Bu istiqamətdə növbəti illərdə müsbət addımların atılması gözlənilir”.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…