Operativ Məlumat Mərkəzi

Erməni deputat: "Rəhbərlikdə olanların narkomafiya ilə əlaqəsi var"

2 dəq
Paylaş:
Erməni deputat: "Rəhbərlikdə olanların narkomafiya ilə əlaqəsi var"

rəhbərliyində olanların narkomafiya ilə əlaqəsi var.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu parlamentdəki “Ermənistan” müxalifət blokunun deputatı Andranik Tevanyan mayın 18-də jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hakimiyyətin himayəsi olmadan narkotik maddələrin qanunsuz ticarətinin həcmi bir milyard dollara çatmazdı. Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsinin 4 tona çatdığını və bunun da 1 milyard dollara yaxın olduğunu deyib:

“Hakimiyyət belə böyük məbləğdən yan keçə bilməz”.

Qeyd edək ki, Ermənistan Milli Xidməti mayın 18-də Ekvadordan meyvə idxal edən şirkət tərəfindən respublikaya bir ton kokainin saxlandığına dair məlumat yayıb. Nəhəng narkotik partiyası İtaliya və Gürcüstandan tranzitlə respublikaya gəlib. Saxlanılan və ələ keçirilən partiyanın ümumi dəyəri təxminən 250 milyon avro təşkil edir.
Xatırladaq ki, bu fraksiyanın lideri keçmiş Robert Koçaryandır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax