Operativ Məlumat Mərkəzi

Ərdoğan Quterreşə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edəcək

1 dəq
Paylaş:
Ərdoğan Quterreşə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edəcək

Prezidenti Rəcəb Tayyib 2025-ci il Atatürk Sülh Mükafatını BMT-nin Antonio Quterreşə təqdim edəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ərdoğan bunu Ankarada Cumhuriyyətin 102-ci il dönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Atatürk Beynəlxalq Sülh Mükafatımızı Təşkilatının Baş katibi cənab Antonio Quterreşə təqdim edəcəyik. Dünyada sülh və sabitliyin bərqərar olması üçün göstərdiyi səylərə görə ona minnətdarlığımı bildirirəm", - Ərdoğan deyib.

Qeyd edək ki, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyan Atatürk Beynəlxalq Sülh Mükafatı rəsmi dövlət mükafatıdır. Bu mükafat Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə uyğun olaraq, sülhə, beynəlxalq dostluğa və xoşməramlılığa xidmətlərinə görə təqdim olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax