Operativ Məlumat Mərkəzi

Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə edib

1 dəq
Paylaş:
Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə edib

Prezidenti Rəcəb Tayyib İndoneziyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Prabovo Subiantoya Türkiyənin yerli elektrik avtomobili "Togg" hədiyyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, R.T.Ərdoğan Çakartada Boqor Sarayında İndoneziya Prezidenti ilə görüşüb.

Məlumata görə, Yüksək Səviyyəli Şurasının ilk iclası və birgə konfransından sonra Türkiyə Prezidenti indoneziyalı həmkarına hədiyyəsini təqdim edib.

P.Subiantoya "Togg"un xüsusiyyətləri haqqında məlumat verən R.T.Ərdoğan "İstifadə edəndə super olduğunu görəcəksiniz. Səsini eşidə bilməzsiniz",- deyib.

Mərasimdə Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da iştirak ediblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax