Operativ Məlumat Mərkəzi

Ərdoğan Azərbaycan və Ermənistan liderlərinin daimi sülhün əldə olunması yönündə səylərini təqdir edib

1 dəq
Paylaş:
Ərdoğan Azərbaycan və Ermənistan liderlərinin daimi sülhün əldə olunması yönündə səylərini təqdir edib

Biz sülhün əldə olunması ilə bağlı son dərəcə ümidliyik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidenti Rəcəb Tayyib Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.

“Qardaşım İlham Əliyevin daimi sülhün təsisi üçün göstərdiyi səmimi səyləri təqdirlə qarşılayırıq. Nikol Paşinyanın da bu yolda atdığı cəsarətli addımları məmnunluqla izləyirik. İnşallah, bu möhtəşəm Zəfər hər iki liderin konstruktiv münasibəti ilə bölgədə sülh və əmin-amanlığı gücləndirəcək daimi razılaşma ilə nəticələnəcək. Türkiyə olaraq bu istiqamətdə üzərimizə nə düşürsə, yerinə yetirməyə davam edəcəyik”, - Ərdoğan vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax