Əsas məzmuna keç

Ərdoğan: Ankaranın prioritetlərindən biri regionda münaqişələrə son qoyulmasıdır

Ərdoğan: Ankaranın prioritetlərindən biri regionda münaqişələrə son qoyulmasıdır

Türkiyənin xarici siyasətində prioritetlərindən biri regiondakı münaqişələrə son qoyulmasıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" TRT telekanalına istinadla xəbər verir ki, Prezidenti Tayyib bu barədə rəhbərlik etdiyi hakim və İnkişaf Partiyasının Ankarada keçirilən qurultayında deyib.

“Mərkəzi Asiyadan Qafqaza, Balkan ölkələrindən Qara dənizə qədər regionda qan tökülməsinin dayandırılması bizim üçün prioritet məsələdir”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Ədalət və İnkişaf Partiyasının qurultayında partiyanın funksionerləri və fəalları iştirak edib. Qurultayın keçirildiyi idman arenasının zalına və binanın ətrafına ümumilikdə paytaxtın 100 minə yaxın sakini toplaşıb. Tədbirə, həmçinin 127 ölkənin səfirləri və 27 ölkənin siyasi partiyalarının nümayəndələri dəvət olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…