Operativ Məlumat Mərkəzi

Ərağçi: BMT Təhlükəsizlik Şurasının susqunluğu təəssüf doğurur

2 dəq
Paylaş:
Ərağçi: BMT Təhlükəsizlik Şurasının susqunluğu təəssüf doğurur

Təşkilatının Şurasının (BMT TŞ) İranın bombadrman edilməsinə susqunluğu doğurur. Bir çox dünya ölkələrinin qanunların kobudluqla pozulmasına göz yumması da eyni qaydada təəssüf doğurmaya bilməz.

"Operativ Məlumat Mərkəzi-OMM" İran mətbuatına istinadla xəbər verir ki, bu sözləri İranın naziri Seyid Abbas Ərağçi xarici dövlətlərin səfirlərinin iştirakı ilə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İranın neft və qaz infrastrukturunun bombalanması müharibənin uzanmasına səbəbə ola bilər. Əsaluyyə şəhərinin bombalanması münaqişəni körfəzə keçirmək istəyindən irəli gəlir. Bu bölgədə heç bir hərbi baza yoxdur. Əsəluyyədə İranın böyük qaz rezervləri yerləşir.

Nazir bildirib ki, İsrail ABŞ-ın dəstəyi və razılığı olmadan İranı bombalamağa cəsarət edə bilməzdi. “Bizim əlimizdə ABŞ-ın regiondakı hərbi bazalarından İsrailin istifadə etməsinə dair tutarlı dəlillər var. Biz müdafiə olunuruq və müdafiəmiz tamamilə qanunidir. Beynəlxalq qanunlara əsasən hər bir dövlətin özünü müdafiə etmək hüququ var. Təbii ki, İsrail bombardmanı dayandırsa, biz də müdafiəmizi dayandırarıq”, - deyə İranın xarici işlər naziri bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax