Operativ Məlumat Mərkəzi

Əmircanda su nasos stansiyasından oğurluq olub, qəsəbənin bir hissəsi susuz qalıb

2 dəq
Paylaş:
Əmircanda su nasos stansiyasından oğurluq olub, qəsəbənin bir hissəsi susuz qalıb

Bakı şəhəri Suraxanı rayonu qəsəbəsi İlham küçəsində Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-nin 26 saylı su nasos stansiyasında hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" Agentliyə istinadən məlumat verir ki, naməlum şəxs və ya şəxslər stansiyanın pəncərəsindəki mühafizə barmaqlıqlarını qıraraq içəri daxil olub, 2 ədəd idarəolunma lövhəsini sökərək oğurlayıb. Həmin avadanlıqlar stansiyanın 75 kilovoltluq 2 nasos qurğusunun idarə olunmasını təmin edirdi.

Elektrik idarəolunma löhvələrinin oğurlanması səbəbindən stansiyanın fəaliyyəti dayanıb və bu gün səhər saatlarında Əmircan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsi mümkün olmayıb.

Baş vermiş hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ərazidə təhqiqat və araşdırma işləri həyata keçirilir. Eyni zamanda, “Azərsu” ASC tərəfindən nasos stansiyasının fəaliyyətinin bərpası istiqamətində tədbirlər görülür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax