Operativ Məlumat Mərkəzi

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib - 07.02.2023 09:56

2 dəq
Paylaş:
Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib - 07.02.2023 09:56

Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əminə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib.

“Operativ Məlumat Mərkəzi - OMM ” xəbər verir ki, Əminə Ərdoğan bu barədə tviter hesabında yazıb.

“Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə ürəkdən təşəkkür edirəm. Can çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək xoşdur”, - Türkiyənin birinci xanımı hesabında yazıb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Son məlumatlara görə, zəlzələ nəticəsində 2 921 nəfər həlak olub, 15 834 nəfər yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax