Operativ Məlumat Mərkəzi

Emin Əmrullayev Şuşadakı 1 nömrəli məktəbdə Bilik Günündə iştirak edib

2 dəq
Paylaş:
Emin Əmrullayev Şuşadakı 1 nömrəli məktəbdə Bilik Günündə iştirak edib

Sentyabrın 15-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Tədbirdə Şuşa rayonunda Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, elm və təhsil naziri , Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin direktoru Tural Novruzov, Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, şəhid ailələrinin üzvləri, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova giriş nitqi ilə çıxış edərək və şagirdləri yeni dərs ili münasibətilə təbrik edib, məktəbin 227 şagirdlə yeni tədris ilinə başladığını bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında məktəbin qədim tarixi və rəmzi əhəmiyyətinə toxunaraq müəllim və şagirdlərin üzərinə düşən məsuliyyəti qeyd edib. Nazir bildirib ki, məktəb yalnız biliklərin ötürülməsi deyil, həm də vətənpərvərlik, milli dəyərlərə hörmət formalaşdıran mühitdir. Emin Əmrullayev çıxışının sonunda müəllim və şagird heyətinə uğurlar arzulayıb, təhsil sahəsində islahatların davam etdiriləcəyini diqqətə çatdırıb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək məktəb kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, Şuşada bərpa olunan təhsil infrastrukturunun önəmini vurğulayıb.

Tədbir məktəblilərin hazırladığı bədii hissə ilə davam etdirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax