Operativ Məlumat Mərkəzi

Emin Əmrullayev Naxçıvanda məzun günündə iştirak edəcək - YENİLƏNİB

2 dəq
Paylaş:
Emin Əmrullayev Naxçıvanda məzun günündə iştirak edəcək - YENİLƏNİB

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi Muxtar Respublikasına səfərə gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra qonaqlar muzeyin eksponantları ilə tanış olublar.

Səfər çərçivəsində qonaqlar Naxçıvan şəhərindəki adına tam orta məktəbdə keçirilən məzun günündə iştirak edəcək, Naxçıvanda Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşəcəklər. Həmçinin, "STEAM Təlim-Tədris Mərkəzi"nin açılışında iştirak edəcəklər.

Günün ikinci yarısında Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altındakı Muzey Kompleksi ilə tanışlıq olacaq.

09:25***

Azərbaycan Respublikası elm və təhsil naziri Naxçıvan Muxtar Respublikasına gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir bu gün muxtar respublikada bir sıra görüşlər keçirəcək.

Eyni zamanda, Emin Əmrullayev Naxçıvana səfər çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə keçiriləcək məzun günündə, STEAM Təlim Tədris Mərkəzinin açılışında iştirak edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax