Operativ Məlumat Mərkəzi

Nazir: "ADU TOP 500 universitet arasına düşə bilməz"

2 dəq
Paylaş:
Nazir: "ADU TOP 500 universitet arasına düşə bilməz"

2026-cı ilə qədər Azərbaycanın ən azı 3 müəssisəsinin dünyanın 800-lük reytinqində olan universitetlərinin ilk siyahısına düşməsi hədəf kimi müəyyənləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" məlumatına görə, elm və təhsil naziri deyib ki, bu rəqəm proqnoz deyil hədəfdir.

O qeyd edib ki, bununla bağlı daim təhlillər aparılır: "Misal olaraq, Dillər Universitetinin top 500 siyahısına düşməsi mümkündürmü? Xeyr, mümkün deyil. Çünki həmin universitetdə spesifik sahəyə yönəlik təhsil verilir. Bu gün top 500-ə düşən universitetin mütləq qaydada tibb, təbiət elmləri sahəsinə aid fakültələri olmalıdır. Bu olmadan top 500-lük siyahıya düşmək o qədər də real deyil. Bu, 2026-cı ilə qədər nəzəri mümkün olsa da, praktiki mümkün deyil. Bunun üçün kifayət qədər maliyyə vəsaiti də lazımdır. Bu istiqamətdə Maliyyə Nazirliyi ilə səylərimizi koordinasiya etmişik".

Nazir söyləyib ki, Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin həmin siyahıya düşməsini hədəf kimi müəyyənləşdiriblər: "Həmin universitetlərlə bağlı təhlil aparanda görürük ki, hazırki vəziyyətlə 2026-cı ilə qədər addım-addım gedəriksə,hədəfimizə çatarıq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax