Əsas məzmuna keç

Əməkhaqqı və pensiya artırılır - Sahil Babayev AÇIQLADI

Əməkhaqqı və pensiya artırılır - Sahil Babayev AÇIQLADI

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcək....

İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb.

Hazırda 52 növ müavinət və təqaüdün qaydada təyin olunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Nazirlik tərəfindən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesinin rəqəmsal həllərin tətbiqi ilə həyata keçirildiyi vurğulanıb.

Xatırladaq ki, VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılması ilə bağlı göstəriş verildiyini bildirib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…