Operativ Məlumat Mərkəzi

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir

2 dəq
Paylaş:
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsi tərəfindən həyata keçirilən “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində müəssisələrində strateji edilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ali təhsilin inkişafı və keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən bu layihə çərçivəsində ali təhsil müəssisələrində təşkil edilən görüşlərdə sözügedən təhsil sahəsində aktual məsələlər müzakirə edilir, qarşılıqlı imkanları qiymətləndirilir.

Layihə çərçivəsində Texniki Universitetində (AzTU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görüşlər təşkil olunub. Görüşlərdə hər iki universitetin rəhbərliyi, professor-müəllim heyəti və Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsinin nümayəndələri iştirak ediblər. Görüşlər zamanı ali təhsilin hazırkı vəziyyəti, universitetlərdə tədrisin təşkili və müəllim heyətinin inkişaf ehtiyacları üzrə geniş fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları tərəfindən ünvanlanan çoxsaylı suallar nazirlik nümayəndələri tərəfindən cavablandırılıb, irəli sürülən təkliflərin hüquqi-normativ bazanın təkmilləşdirilməsində nəzərə alınacağı bildirilib.

Görüş iştirakçıları belə əməkdaşlıq platformalarının ali təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Qeyd edilib ki, sözügedən görüşlər digər ali təhsil müəssisələrində də təşkil ediləcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax