Operativ Məlumat Mərkəzi

Ələt-Astara yolunun Yenikənd-Biləsuvar hissəsində yenidənqurma yekunlaşır

2 dəq
Paylaş:
Ələt-Astara yolunun Yenikənd-Biləsuvar hissəsində yenidənqurma yekunlaşır

Ələt-Astara-İranla dövlət sərhədi magistral yolunun - (32-ci kilometrdən 103-cü kilometrə qədər) hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 71 km təşkil edir.

Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni 15 metr, hərəkət hissə isə 7,5 metrdir.

Artıq layihə çərçivəsində torpaq işləri, yol yatağı və yol əsasının inşası, yeni asfalt-beton örtüyünün döşənməsi yerinə yetirilib. Hazırda ərazinin profilə salınması, yol avadanlıqlarının və yol nişanlarının quraşdırılması işləri son mərhələdə olmaqla aparılır.

Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular və suötürücü boruların tikintisi də icra olunub. Belə ki, suların yolun altından ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik dairəvi və düzbucaqlı suötürücü borular inşa edilib. Layihə üzrə ümumi uzunluqları 338,6 metr təşkil edən 7 körpünün inşası da yekunlaşıb.

Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax