Operativ Məlumat Mərkəzi

Elçin Quliyev Ermənistanın təxribatı nəticəsində yaralanmış hərbi qulluqçunu ziyarət edib

2 dəq
Paylaş:
Elçin Quliyev Ermənistanın təxribatı nəticəsində yaralanmış hərbi qulluqçunu ziyarət edib

Fevral ayının 14-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Respublika Neyrocərrahiyyə Xəstəxanasında - şərti dövlət sərhədində Zəngilan rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunu edib, müalicəsinin gedişatı ilə maraqlanıb və tezliklə sağalaraq səhhətinin tam bərpa edilməsini arzulayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, əsgər P.Xəlilzadə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib və müalicəsi bitdikdən sonra həmin sərhəd döyüş məntəqəsində xidmətini davam etdirmək arzusunda olduğunu ifadə edib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi Neyrocərrahiyyə xəstəxanasının həkim və tibb personalı ilə görüşərək, əməliyyatın yüksək peşəkarlıqla icra olunduğuna, yaralıya lazımi diqqət və qayğı göstərdiklərinə görə öz minnətdarlığını bildirib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax