Əsas məzmuna keç

Əlahiddə Ümumqoşun Ordusunda avtomobil texnikalarına baxış keçirilib

Əlahiddə Ümumqoşun Ordusunda avtomobil texnikalarına baxış keçirilib

Baxış-müsabiqəsində qış aylarında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılması, eləcə də şəxsi heyətin soyuq iqlim şəraitində gecə və gündüz heç...

Baxış-müsabiqəsində qış aylarında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılması, eləcə də şəxsi heyətin soyuq iqlim şəraitində gecə və gündüz heç bir çəkmədən xidmət aparması üçün istismarda olan arxa təminatı texnikalarının sazlığı yoxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

qulluqçuların yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularının, soyuducuların, səyyar tipli çörək zavodlarının, su çənlərinin və səhra mətbəxlərinin cəlb edildiyi baxış-müsabiqəsində texnikalara gündəlik xidmətin göstərilməsi ardıcıllığına, onların texniki göstəricilərinin yüksək səviyyədə saxlanılmasına, həmçinin təlimata uyğun istifadə və istismar olunmasına xüsusi diqqət yetirilib.

Baxış-müsabiqəsinin sonunda ən yaxşı nəticəni göstərən hərbi hissələr mükafatlandırılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…