Operativ Məlumat Mərkəzi

Ekosistemə qəsdən və ciddi zərər vuranlar 15 ilədək azadlıqdan məhrum edilə bilər

2 dəq
Paylaş:
Ekosistemə qəsdən və ciddi zərər vuranlar 15 ilədək azadlıqdan məhrum edilə bilər

Ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər 10 ildən 15 ilədək azadlıqdan edilə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq Məcəlləsində olunan dəyişiklikdə əksini tapıb.

Belə ki, Cinayət Məcəlləsinə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir.

Dəyişiklik ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllərin 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını nəzərdə tutur.

Təklif olunan dəyişiklik "ekosid" cinayətini hüquq normalarına uyğun olaraq kriminallaşdırmağı, həmçinin ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax