Operativ Məlumat Mərkəzi

Əfqanıstanda güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb

2 dəq
Paylaş:
Əfqanıstanda güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1124 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters” Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, təxminən 3251 nəfər xəsarət alıb.

Sentyabrın 1-nə keçən gecə Əfqanıstanda 6,0 bal gücündə zəlzələ baş verib. Fəlakətin episentri Pakistan sərhədi yaxınlığında, Cəlalabad şəhərindən 27,3 kilometr (17 mil) aralıda qeydə alınıb. Əfqanıstan bildirib ki , zəlzələnin ocağı ucqar dağlıq ərazidə yerləşdiyi üçün qurbanların sayı barədə tam məlumat əldə etmək üçün vaxt lazımdır.

Daha sonra Birləşmiş Ərəb Əmirlikləri ( BƏƏ ) axtarış-xilasetmə əməliyyatları aparmaq və Əfqanıstanın şərqində baş verən güclü zəlzələdən zərər çəkən insanlara yardım göstərmək üçün ölkəyə xilasedicilər qrupu göndərib. Bundan əlavə, Əfqanıstana ərzaq, dərman, çadırlar və digər zəruri da daxil olmaqla göndərib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax