Əsas məzmuna keç

“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər

“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər

Müxtəlif ölkələrin hərbi qulluqçularının cəlb olunması ilə Türkiyədə keçirilən “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub. Bu...

Müxtəlif ölkələrin hərbi qulluqçularının cəlb olunması ilə Türkiyədə keçirilən “EFES - 2024” çoxmillətli təlimində növbəti icra olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

Təlimin planına əsasən, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif çaplı atıcı silahlardan praktiki icra ediblər.
Bundan başqa, yaşayış məntəqəsində döyüşün aparılması və şərti düşmənin zərərsizləşdirilməsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə olunması üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

Ordusunun hərbi qulluqçuları digər iştirakçılarla qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Qeyd edək ki, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, iştirakçı ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, həmçinin onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlim mayın 30-dək davam edəcək.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…