Operativ Məlumat Mərkəzi

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb

1 dəq
Paylaş:
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından uğur namizədlərlə fərdi qaydada mərhələsi yekunlaşıb.

Ədliyyə Nazirliyinin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, bu mərhələdə iştirak etmiş 89 namizəddən zəruri keçid balı toplamış 64 nəfərin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə nazirliyin Müsabiqə Komissiyası tərəfindən qərar qəbul edilib.

İyul ayının 10-dan başlayan icbari təlimin yekunları üzrə imtahandan uğurla keçən hüquqşünaslar peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.

Namizədlər icbari təlimlə bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlaya bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 012-493-71-31).

Namizədlərin siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax